Bu maşınımız torbalama maşınından torbalanmış vəziyyətda gələn bobinləri tam avtomatik olaraq kisələyir. Firma standartlarına bağlı olaraq kisələmə maşını iki formada işləyir.
Bu maşınımız torbalama maşınından torbalanmış vəziyyətda gələn bobinləri tam avtomatik olaraq kisələyir. Firma standartlarına bağlı olaraq kisələmə maşını iki formada işləyir.
Lifin yenidən işlənməsi üçün lazım olan xammalı emal edən firmalar üçün Karnet maşınının alışı və satışı, montaj və demontaj işləri görülür.
Bu maşın torbalama maşınından gelen torbalanmış ip bobinlərini konveyer kəmər ilə liftə çatdırır və beləliklə, işçilərin lazımı hündürlüktə duraraq təhlükəsiz və ardıcıl halda işləməsinə imkan yaradır.
Bu maşınımız ip bobinlərini tək-tək neylon paketlərə qoyaraq qablaşdırmasını təmin edən tam avtomatik sistemə sahiptir. Elektrik sistemi PLC sistemi ilə yoxlanılmaqdadır. Torbalama maşınının hərəkət sistemləri pnevmatik sistemlər ve redutor sistemləri ilə təmin edilir. Bu maşınımız müəssəsə, tonnaj və istehsal vəziyyətinə bağlı olaraq, üç ayrı iş mövqesində istehsal olunur. İş mövqeləri alt sətirdə daha aydın halda izah edilir.
Bu maşın torbalama maşınının iş səmərəliliyinin artırılması və işçi səviyyəsinin minimuma endirilməsi məqsədilə istehsal edilmişdir. Bobinləri torbalama maşınına göndərir. Keyfiyyətinə nəzarət edilmiş bobinlər bu maşına əl ilə yığılır, 128 ədəd bobin avtomatik olaraq torbalama maşınına göndərilir.
Yun və parça ipi emal edən firmalar üçün Straygorn- ip əyirmə maşınlarının alışı və satışı,montajı və demontajı, reviziyası işləri görülür.
Bu maşın toxuculuq sektorunda istifadə olunan yunu pıtraq,saman,toz və torpaqdan təmizləyərək,yuna keyfiyyət qazandırır. Beləliklə, sektorda yunun istifadə imkanlarını yüksəldir. Təmizlənmiş yun bu maşından emal olunduqdan sonra daha parlaq və faydalı olur,beləcə ip istehsalındakı fərqliliklər daha yaxşı görünür və keyfiyyət artır. Maşında istifadə olunan yun istifadədən əvvəl isti yuyulma prosesindən keçirilməlidir. Əyər yun yuyulmadan istifadə olunsa maşında problemlər yarana bilər. Təmizlənməsi zamanı yunun xarakterində və açısında heç bir təhrif olmur. Yunun təbii görünüşü heç dəyişmir.